PUTİN SƏRHƏDDƏKİ TOQQUŞMADAN DANIŞDI - "Qarabağa heç bir aidiyyəti yoxdur"

"Azərbaycanla Ermənistan arasında son sərhəd insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur. Bu, tamamilə başqa regionda, Azərbaycanla-Ermənistan sərhədində baş verib".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Həqiqətən də biz baş verənlərdən və itkilərdən təəssüflənirik. Hər şeydən öncə, Rusiyanın təsiri ilə münaqişəni lokallaşdırmağa nail olunub. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Bu da, sizə Rusiyanın münaqişəni dayandırmaq üçün resursları...”, - deyə Putin jurnalistin “Necə hesab edirsiz, Rusiyanın Ukraynaya başının qarışmasından istifadə edən bəzi qüvvələrin Qarabağda vəziyyəti gərginləşdirmək cəhdləri baş verirmi və Rusiyanın bu münaqişəni nizamlamaq üçün kifayət qədər resursları varmı? sualına cavabında qeyd edib.

635x100

Şərhlər

B.Qarabağlı 2022-09-17 10:52:32

Prezident V.V.Putinin qeyd etdiyi kimi toqquşma həqiqətən də sərhəddən içəridə baş verib! Lakin, imza vədindən bir gün öncəki hərbi diversanlar yuxarı Qarabağa və İrəvanla parallel oradakı artıq, silahl olacaq mitinqə yollanmışdılar? Laçına alternativ Qarabağa daha üç dəhliz şaxələndirən əski işğalçı yeni taktiki müharibə cəhdində deyilmi? Hər iki tərəfin təhlükəsizliyi üçün Qarabağ ermənilərinin Ermənistana köçürülməsi ən real zəmahətdir!

Elmira 2022-09-17 08:16:56

Ruslara inam heç bir məsələdə ! yoxdur !

Vətəndaş 2022-09-16 23:31:15

YENƏ DEYİRƏM KİM OLUR OLSUN RUSA İNANANIN AĞLI YOXDUR. RUSDAN BÜTÜN ÖLKƏLƏR UZAQ DURUR QAÇIR,BU BİR ŞƏR ÖLKƏDİR 100 İLLƏRDİR QAN OCAĞIDIR.

Cavab gözləyən-sual 2022-09-16 22:31:05

Qarabağ məsələsini kənara qoyub,sərhəddə bu qeışıqlığı salıb bu qədər şəhid verməyin məsuliyyətini kim daşıyacaq?

Son yazılar