Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib - FOTO

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

"Sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib", - Əlahiddə Ümumqoşun Ordudan qeyd olunub.

635x100

Şərhlər

B.Qarabağlı 2022-09-18 18:21:26

Bu hücum 13-15 sentyabr bütün siyasi dünya tərəfləri sülhə çağırır, Azərbaycan prezidenti sülhə, 10.11.2020 razılaşmasına sadiqliyini bəyan edir, Ermənistan bu dəfə Naxçıvana naməlum müharibə diversantı göndərir?

Son yazılar