PUTİNİN MASASINDA 2 NÜVƏ SSENARİSİ VAR... - "Mümkün variantları nəzərdən keçirir”

“7 aya yaxındır davam edən müharibədə son günlər Ukrayna ordusunun ölkənin şərq bölgəsində əks-hücum əməliyyatları keçirərək, bir sıra əraziləri azad etdiyini görürük. Ona görə də çətin vəziyyətə düşən Putinin bu məğlubiyyətin qarşısını almaq üçün nüvə silahına əl atacağına dair ssenarilər yenidən gündəmə gəlib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “The times” nəşrində yayımlanan məqalədə bildirilib.

Nəşr xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün verdiyi açıqlamada Ukrayna ordusunun əks-hücum cəhdlərinə baxmayaraq, müharibədəki planlarının dəyişmədiyini bildirib: “Donbasdakı hücum əməliyyatlarımız dayanmır, davam edir. Onlar yavaş templə irəliləyirlər, lakin rus ordusu yavaş-yavaş, daim yeni ərazilər alır”.

Bəzi ekspertlərin fikrincə, Putin müharibədə böyük uğursuzluğa düçar olmamaq və Ukraynanın əks-hücumuna cavab vermək üçün bir neçə variantları nəzərdən keçirir.

“The Times” nəşrinə danışan britaniyalı ekspertlər Rusiyanın Ukraynadakıcanlı qüvvə sayının az olması səbəbindən nüvə variantını nəzərdən keçirə biləcəyini qeyd edirlər.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi eksperti Frans-Stefan Gady qeyd edib ki, Ukrayna ordusu uğur qazandıqca, Rusiyanın nüvə silahına əl atmaq variantı güclənir.

Ekspertin fikrincə, Rusiyanın variantlardan biri Qara dənizdə taktiki nüvə silahından istifadədir: “Strateji nüvə silahından daha qısa mənzilli və məhdud təsirə malik olan bu silahlar müəyyən bir ərazini məhv etmək və daha az dağıntıya səbəb olmaq üçün istifadə edilir. Putin müharibəni nüvə səviyyəsinə çıxarsa, Rusiya Qara dənizdə taktiki silahlardan istifadə edərək, nüvə silahından istifadə etməyə hazır olduğu mesajını verə bilər. Rusiyanın daha güclü nüvə silahından istifadə etmək ehtimalı aşağıdır”.

Kimyəvi silahlar üzrə ekspert Hamiş de Bretton-Qordon isə bildirib ki, Rusiyanın digər bir variantı Avropanın ən böyük nüvə obyekti olan Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasından nüvə silahı kimi istifadə etməkdir: “Sovet İttifaqı doktrinasına görə, taktiki nüvə silahından müharibədə məğlubiyyətin qarşısını almaq üçün istifadə edilir. Rusiya ordusunun Zaporojye elektrik stansiyasını adi raketlə vurması halında baş verəcək fəlakət bundan 6 dəfə çox olacaq”.

Ekspertin sözlərinə görə, Putin nüvə silahından istifadə edəcəyi halda, NATO-nun buna qarşılıq verməyəcəyimi düşünür.

Digər tərəfdən, Kreml rəsmiləri nüvə variantının yalnız Rusiyanın mövcudluğuna təhlükə olduğu halda istifadə edilə biləcəyini deyirlər.

Rusiyanın nüvə silahları üzrə eksperti Pavel Podviq bildirib ki, Rusiyanın nüvə silahından istifadə etməsi ictimai rəydən asılı olacaq.

“AzPolitika.info”

635x100

Şərhlər

N.Seyfeli. 2022-09-18 01:41:57

Inanmiram ki, rusiya elitasi buna imkan versin, cunki bunun ozleri ucun ne derecede tehlukeli oldugunu duyurlar.

Internet melumati 2022-09-18 00:47:50

Bu meqalede adlari qeyd olunan ekspertler melumatsizdirlar , bu sebebden, yanlish movqe ile oz fikirlerini ifade edirler, bunlar tecili maraqlansinlar ABŞ terefinden ......... putine edilen ciddi xeberdarliqdan : NUVE SILAHINI ........putin ISTIFADE EDERSE, DERHAL, ..........putin , GIZLENDIYI BUNKERDE, CAVAB OLARAQ, BOYUK DAQIDICI GUCLU NUVE SILAHI PARTLAYISHI NETICESINDE , MEHV EDILECEK, BU BAREDE , ..........putin RESMI XEBERDARLIQ ALIB ABŞ - dan.

t.ədalət 2022-09-17 19:14:38

Doğrudan da,Putin və onun ətrafı mitrofonuşka səviyyəsindədir.Nüvə silahından istifadə,əlbəttə nüvə cavabı olacaq.Bu da Rusiyanın məhvidir.Böyük Britaniya təkrar-təkrar xatırladır ki,Putinin nüvə zərbəsinə biz cavab verəsiyik.İnsan nə qədər səfeh və nadan olmalıdır ki,nüvə silahından bəhs etsin.Bu piyaniskələr Rusiyanın məhvinə zəmin hazırlamaqla məşğul olurlar.

Son yazılar