Menu

Braziliyada körpələrin koronavirus əleyhinə peyvəndinə icazə verilib

18.09.2022, 14:38
Braziliyada körpələrin koronavirus əleyhinə peyvəndinə icazə verilib

Braziliyanın Milli Sanitar Nəzarət Agentliyi (Anvisa) altı aylıq körpələrin yeni növ koronavirus infeksiyasına qarşı peyvənd edilməsinə icazə verib.

"Report"un xəbərinə görə, bu barədə “CNN Brasil” məlumat yayıb.

Qeyd edilir ki, bu yaş qrupunun peyvəndi üçün Amerikanın “Pfizer” əczaçılıq şirkətinin dərmanından istifadə etməyə icazə verilir.

"Peyvənd 0,2 ml-lik üç dozada vurulmalıdır. İlk iki doza arasında interval üç həftə, üçüncü komponent ikincidən ən azı səkkiz həftə sonra tətbiq edilməlidir", - tənzimləyici bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol