Menu

Pelosi Ermənistanın KTMT-dən çıxmasına eyham vurdu

18.09.2022, 18:37
Pelosi Ermənistanın KTMT-dən çıxmasına eyham vurdu

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ki, Birləşmiş Ştatlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü və ölkənin qurumdan çıxma ehtimalına münasibət bildirmir.

“Ermənistanda demokratiyanın inkişafı bütün demokratik dünya tərəfindən müsbət qarşılanır. Biz Ermənistanın digər təşkilatlarla təmaslarını şərh etmirik, lakin Ermənistanın təhlükəsizlik məsələləri bizim üçün önəmlidir. Qərarları Ermənistan verir. Biz yalnız bu işə töhfə vermək istəyimizdən danışa bilərik”, – Pelosi İrəvanda mətbuat konfransı zamanı deyib.

Nümayəndələr Palatasının sədri əlavə edib ki, Ermənistanın Minilliyin Çağırış Proqramına qoşulması məsələsi müzakirə olunur.

Qeyd edək ki, spiker ABŞ-ın Ermənistanın müdafiə sahəsində “ehtiyaclarını eşitməyə” hazır olduğunu da bəyan edib. (Mənbə: gazeta.ru)

Şərhlər

Asif 2022-09-18 20:50:17

mencede cixmagina komek edin .birazdan ruslarin ermeni analarinda bazligina baxaq)))))verin tirkani cixsinlar)))

dadaşyev 2022-09-18 20:26:46

Baxın."Spiker ABŞ-ın ermənistanın müdafiə sahəsində “ehtiyaclarını eşitməyə” hazır olduğunu da bəyan edib".Gəlişində əsas məqsəd də budur bu qart qocanın.Yəni silahı yerə qoyma,arxandayıq.Ardınca Fransadan da gələcəklər mütləq.Şirnikləşdirirlər də.Ərköyünləşdirirlər.KTMT-dən çıxmağa gəlincə isə,a balam,ermənistan özbaşınadı bəyəm?Bu dövlət deyilən qurum tamamən Rusiyanın ixtiyarındadı.Rus istərsə çıxardar,istəməzsə KTMT-də saxlayar.Çünki sərhədlərində hələ də rus əsgərləri dayanıb,rusun da bazaları var ərazisində.Rusa qul olmaq baxımından Bəşər Əsəddən də pis gündədi ermənistan liderləri.Belə ki Suriyanın bütün sərhədləri boyunca rus əsgərləri dayanmayıb,amma ermənistanı rus əsgərləri üzük kimi əhatəyə alıblar.Moskvadan xəbərsiz erməni cınqırını çıxarda bilərmi?O saat qoyar təpəsindən yumruğunu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol