Menu

“Melitopolda kollaborantlar işğalçılarla əməkdaşlıqdan imtina edirlər” - Mer

19.09.2022, 00:03
“Melitopolda kollaborantlar işğalçılarla əməkdaşlıqdan imtina edirlər” - Mer

İşğal altındakı Melitopolda işğalçılar və kollaborantlar arasında panik əhval yaşanır. Satqınlar daha rusiyalılarla əməkdaşlıq etmək istəmirlər.

Bu barədə telemarafon efirindən Melitopolun meri İvan Fyodorov danışıb («UNİAN»).

«Əvvəllər düşmənlə əməkdaşlıq etməyə razılaşan kollaborantların bir çoxu hazırda artıq əməkdaşlıqdan imtina edirlər. Kollaborantlar və işğalçılar arasında əhval-ruhiyyə USQ-nin Xarkov vilayətində uğurlu əks-hücumu səbəbilə, ümumiyyətlə dəyişib. Görduyümüz daha bir iş kollaborant-raşistlər arasında qarmaqarışıqlıq yaradıb - hansı ki, biz, dünən 118 polisin siyahısını dərc etmişik - onlar işğalçılarla işləməyə razı olmuşdular. Mən bilirəm, onların bəziləri artıq işə çıxmırlar və USQ-nin əks-hücumunu gözləyirlər» - Fyodorov deyib.

Melitopol merinin sözlərinə görə, onlar gələcəkdə də kollaborantların siyahısını dərc edəcəklər.

Bundan əvvəl xəbər verildiyi kimi, raşistlər tərəfindən müvəqqəti işğal olunmuş Melitopoldan olan partizanlar satqınlar üçün gəlişigözəl ismarış saxlayıblar. Onlar əyani surətdə göstəriblər ki, düşmən tərəfə keçən bütün kollaborantları Ukraynada nə gözləyir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol