VƏFA QULUZADƏ ABŞ-ın İKİÜZLÜ SİYASƏTİNİ BELƏ İFŞA ETMİŞDİ - "Ona görə ki, biz türkük müsəlmanıq..." + VİDEO

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadənin 2015-ci ildə “Azadlıq Radiosu”na verdiyi müsahibədən aydın olur ki, illər keçsə də, ABŞ-ın və Qərbin Azərbaycana göstərdiyi ikili münasibətdə heç bir dəyişiklik baş verməyib.

V.Quluzadənin illər öncə ABŞ-Azərbaycan münasibətləri haqqında səsləndirdiyi fikirlər, indiki dövr üçün də eynilik təşkil edir.

“AzPolitika.info” sözügedən müsahibənin bir hissəsini təqdim edir: “Ermənilər Azərbaycan vətəndaşlarına qarşı Hitlerdən də pis münasibət göstəriblər. Ermənilər bütün ərazilərimizi yerlə-yeksan ediblər. Bu gün azərbaycanlılar gedib öz evlərində yaşaya biImirlər. Buna bütün ABŞ, Qərb və BMT göz yumur. Təsəvvür edin Azərbaycan gedib Ermənistanın bir şəhərini işğal edib. Onda bizə nə edərdilər? Baxın bütün bu münaqişə deyilən tacavüzü necə işləyiblər. Əvvəlcə Zori Balayan sonra Şuşa, Laçın, Kəlbəcər. Harada yatıb bu ABŞ və BMT? BMT-nin qərarları niyə yeinə yetrilmir? Ona görə ki, biz türkük müsəlmanıq. Azərbaycana imkan yaratmırlar ki, torpaqlarını azad etsin. Amma Ermənsitna hər cür şəraiti yaradırlar”.

Daha ətraflı videoda:

635x100

Şərhlər

Eli 2022-09-21 00:46:21

Allah ruhunu şad elesin mekanı cennet olsun Kişi adam idi Vefa Quluzade.

t.ədalət 2022-09-20 21:53:07

.Rus uşaqları yavaş-yavaş Türkiyənin də əleyhinə çıxırlar.Azərbaycan hökuməti casus şəbəkəsinin fitvasına uymamalı,qardaş Türkiyənin əleyhinə oilan satqınları hakimiyyətdən uzaqlaşdırmalıdır.Bu gün bizim varlığımız Türkiyə ilə bağlıdır.Rus,ya erməni-ikisi də eyni düşmənimizdir.Vəfa da Rusiyanın yetişdirməsi idi.Onun uğurlu bir siyasəti olmayıb.

R.Muradova Azərqasım 2022-09-20 15:32:18

V.Quluzadəyə Allahdan Rəhmət. Siz, ya biz yalnız erməni cinayətkarları tərəfindən məhv edilmiş doğma hüquqlarımızı, 1stər 1994, 2004, ya 2015 ci ildən BMT TŞdən uzaq daha kimlərə göstəriş verə bilərdik? Bəs, Baş Prokurorluğun, Ali və Konstitusiya məhkəmələrinin iddiaları, mühakimələri, hökmləri hanı? Fransa prezidentimi, ya ABŞ konqresimi Köçəryana, Sarqsyana iş açacaqdılar?

korrektor 2022-09-20 13:29:37

Allah rəhmət eləsin! Hər kəlməsi qızıldan qiymətli Vəfa müəllimə!

RÖVŞƏN MURADOV 2022-09-20 13:05:44

Allah rəhmət eləsin Vəfa müəllimə düz söyləyirdi. Mən də 2004-cü ildə Strazburqda keçirilən bir tədbirdə (həmin tədbirdə post sovet ölkələrinin nümayəndələri də iştirak edirdilər) bu konteksdə çıxış etmişdim. Həmin çıxışım o zaman həm fransızların, həm də ermənilərin hücumuna məruz qaldı. Eyni zamanda qeyri-müsəlman ölkələrin nümayəndələrini narazı saldı.

Son yazılar