Menu

"Azərbaycan səfirliyinin hədəf alınması qəbuledilməzdir" - Fransa XİN

20.09.2022, 09:34
"Azərbaycan səfirliyinin hədəf alınması qəbuledilməzdir" - Fransa XİN

“Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.

“Report” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

“Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”, - nazirlikdən qeyd olunub.

Şərhlər

dadaşyev 2022-09-20 10:42:27

Fransa kimi güclü bir ölkə səfirlikləri qorumaq üçün tədbirləri sonradan almamalıdır,bu işdə ayıq-sayıq olmağa daim borcludur.Bapbalaca Gürcüstan polisi Tiflisdə ermənilərin qarşısını anındaca almadımı?Piket keçirə bildilərmi ermənilər Tiflisdə?Parisdə niyə göz yumuldu buna?Demək ki əsas məsələ ermənilərə səslərini duyurmaq şansı verməkdi.Dünya bildimi ki ermənilər Azərbaycan səfirliyinə basqın ediblər?Bildi.Dünya mətbuatı yazdı.İşin əslini bilməyənlər istər-istəməz deyəcəklər ki,bu azərilər ermənilərdən nə istəyir?Və ya "bəs deyirdilər Qarabağ məsələsi bitib,hanı,bitməyib ki.Bitsəydi ermənilər Azərbaycan səfirliyinə hücum edərdilərmi?".Bax ATƏT-i yenidən diriltməyə çalışan,xristian erməninin müharibəni uduzmağıyla heç cür barışmaq istəməyən Fransa və ABŞ-a bunu dünyaya duyurmaq lazım idi.Duyurdular da.İki gün sonra üzr istəməklərin-filanların heç bir əhəmiyyəti yoxdur.Afrikalılar da bizdə Fransa səfirliyinin qabağına toplaşsınlar ikicə dəqiqəliyə,heç bir şey də eləməsinlər,sadəcə,şəkillərini çəkək,dağılışsınlar.Sonra başılayaq xəbəri tirajlamağa ki, ay amaaan,afrikalılar Fransadan tələb etdilər ki dərhal Afrikadan çıxsın,binaya girmək istəyirdilər,amma Azərbaycan polisi vaxtında önünü aldı.Və iki gündən sonra deyək ki,belə şey olmayıb,sadəcə afrikalılar oradan yol keçirmişlər,birisi də telefona çəkib saytlara verib yanlış xəbəri.Üzr istəməyimiz önəmli deyil ki,önəmli olan odur ki,Fransa əsgərlərini Afrikada sevmirlər,əgər bunu dünyada hələ də bilməyən varsa bu yanlış xəbərlə biləcək.Həm Azərbaycanda Fransa səfirliyi qarşısında piketin yanlış olduğunu biləcək, həm də biləcək ki Afrikalılar Fransanın Afrikadan çıxmağını istəyirlər.Dünyadakı ictimai fikir bu cür formalaşdırılır böyük dövlətlər tərəfindən yüz illərdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol