AY NES-NESİ GƏLSƏNƏ

Mirzə AĞ

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin spikeri, siyasi kuluarlarda Baydenin «təxribat elçisi» kimi ad çıxarmış Nensi Pelosi Ermənistan-Azərbaycan sərhədində baş verən növbəti silahlı münaqişənin (əsilində isə 44 günlük Vətən müharibəsinin 45-ci günü!) qızğın çağında, bu «darmacalda» İrəvana gəldi və öz təxribatçı davranışı ilə bir müddət əvvəl Tayvanda törətmiş olduğu təxribatı növbəti dəfə təkrarladı.

Xəbər verildiyi kimi, Pelosi İrəvanda «genosid abidəsini ziyarət» edərək, timsah kimi göz yaşı axıdıb və canfəşanlığı ilə hətta ermənilərin özlərini belə, heyrətə gətirib - sanki o, göz yaşı axıtmaqda heç də peşəkar Hollivud artistindən geri qalmırmış. Nesi (bundan sonra Nensini qısaca «Nesi» adlandıracam) göz yaşları içərisində Nikola deyib ki, onun məqsədi ölkəsinin (ABŞ) Ermənistana hansı köməyi (Azərbaycana qarşı!) göstərməyin lazım olduğunu öyrənməkdən ibarətdir.

Maraqlıdır ki, müşahidəçilərin əksəriyyəti Nesinin Qafqaza səfərini onun otən ay Tayvana mubahisəli səfərində oldugu kimi, ABS-da noyabrda keciriləcək aralıq seckilər üçün hesablandığını yazırlar. Fəqət bu qənaətlə razılaşmaq üçün yetərli əsas görmürəm və düşünürəm ki, Nesinin Tayvan səfəri də, İrəvan səfəri də ümumiyyətlə, ABŞ adlı dövlətin «demokratia çətiri» altında gizlətdiyi təcavüzkar siyasətin tərkib hissələridir ki, tarixi kökləri xeyli uzaqlara gedir…

Yeri gəlmişkən, qeyd etməliyəm ki, Nesinin bir müddət əvvəl Tayvana etdiyi təxribatçı səfərin «səsi» özünü çox da gözlətmədi. Dünən yayılan bir xəbərdə deylir ki, ABŞ Prezidenti Co Bayden bəyan edib ki, əgər Çin Tayvana hücum etsə, ABŞ ada-dövlətə kömək edəcək. Fəqət, bu da azdır - Bayden deyib ki, Tayvanın müstəqillik məsələsi onun öz işidir və s. Qeyd etmək istəyirəm ki, Nesi də İrəvan səfəri zamanı oxşar bəyanatla çıxış edib və deyib ki, Ermənistanın KTMT-dən çıxmaq məsələsi İrəvanın öz işidir və əgər bu baş versə, ABŞ Ermənistana kömək etməyə hazırdır. Əslində bu, ABŞ-ın xarici siyasətinin bir epizodudur və mahiyyət etibarilə «nərim bərk dur» deməkdir, amma bundan artıq olmayacaq. Çünki ABŞ əslində, Ermənistana silah və çörək verəsi deyil, sadəcə bölgədə yerini möhkəmlətmək məqsədi güdür və paralel olaraq, Rusiyanı Cənubi Qafqazdan çıxartmaq istəyir…

Qeyd etmək lazımdır ki, əksər müşahidəçilər 12-13 sentyabrda Ermənistan-Azərbaycan və Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı insidenti eyni siyasətin təzahürü kimi qiymətləndirirlər və bildirirlər ki, bununla ABŞ Rusiyanın sərhədləri perimetri boyunca «yanğını» alovlandırmaq məqsədi güdür…

Bu rakursdan baxdıqca, aydın olur ki, hazırda Rusiyaya qarşı Qərbin Ukraynaya hərbi-siyasi-iqtisadi köməyinin mqsədi Ukraynanın qələbəsini təmin etmək yox, müharibəni uzadıb da Moskvanı əldən salmaq məqsədinə xidmət edir. Buna uyğun olaraq, ABŞ başda olmaqla, Qərb koalisiyası müharibənin müəyyən mərhələsində qarşıya qoyulmuş məqsədə nail olunduğunu hesablasa, daha Ukraynaya köməyi davam etdirməyəcək və onu, Rusiyanın qəzəbi qarşısında yalnız buraxacaq. Artıq bunun əlamətləri görünməkdədir. Bu gün yayılan bir informasiyada deyilir ki, ABŞ tərəf artıq müharibə ritorkasını dəyişir və bildirir ki, Ukraynada müharibənin dayandırılması Zelenskinin mövqeyindən asılıdır. Amma bundan əvvəl deyirdilər ki, bu müharibədə Ukrayna yalnız döyüş meydanında qələbə çalmalıdır…

ABŞ və Qərbin «demokratiya çətiri» altında gizlətdiyi «çoxüzlü standart» sadəcə, bir-iki günün məhsulu deyil və kökləri xeyli uzaqlara gedib çıxır. Buna əmin olmaq üçün heç uzaqlara getməyə ehtiyac da yoxdur - ABŞ Konqresinin məhsulu olan 907-ci düzəlişi xatırlatmaq kifayətdir. Belə ki, bu, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən «Azadlığa dəstək» Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Burada bir maraqlı qeydə diqqət yetirilməsi ehtiyacı yaranır. Qeyddə deyilir ki, Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, qeyddə göstərilən qadağa tətbiq edilməməlidir…

İndi isə 907-cü düzəliş deyilən qadağanın qəbul olunma tarixinə diqqət yetirin - 1992-ci il. Bu, Ermənistanın Azrbaycana təcavüzünün qızğın çağı olub və bu tarixdə, ABŞ dövləti Ermənistan qarşısında duruş gətirə bilməmək üçün Azərbaycana hərbi kömək göstərilməsini yasaqlayıb, başqa sözlə, Azərbaycanı düşmən qarşısında əliyalın qoyub. Sonrakı illərdə də ta 44 günlük müharibəyə qədərki dövr ərzində ABŞ-ın Ermənistana və separatçı Qarabağ ermənilərinə hər cür köməyi davam etdirilib, çünki bu, ABŞ-ın xarici siyasətinin bir hissəsidir…

İndi məqamı yetişdiyi üçün Bayden müəllim «təlimata uyğun olaraq» yenə Pelosini İrəvana «donuz kababı» yeməyə göndərib. Əlindəki xəncəri «müttəfiqi» və «atalığı» (Vova) Putinin kürəyinə saplayan Nikol da bundan xeyli xoşhal olub - İrəvanda KTMT əleyhinə mitinqlər təşkil edib, Nesinin gəlişi münasibətilə dəbdəbəli bir banket təşkil edib. Abırsızlığı ilə seçilən Nikol Nesinin gəlişinə bir tamaşa da düzəldirib və şəxsən özü qırıldatmağa başlayıb:

Ay Nes-Nesi gəlsənə,

Gəlib salam versənə,

Çömçəyi doldursana,

Nesini yola salsana.

Ara, Nesiyə cavan çoşqa kababı çəkin, ha… Sonra üzünü Nesiyə tutub deyir: Axçi, madağanım, bu çoşqa insandan törəmə zaddır, əti çox yeməlidir, ha - türklərdə qara qoyunun əti matah olduğu kimi, bizdə də belə çoşqanın əti matah olur - onu ən hörmətli qonaqlarımıza kəsirik, ili… Yaxşı çaxırımız da var - «Karabaxskoe beloye». Ha, di vur getsin…

635x100

Şərhlər

t.ədalət 2022-09-20 13:15:06

Mirzə müəllim,ABŞ və Qərb Rusiyaya qarşı mübarizəni dayandırmayacaq.Sadəcə,ortada Tayvan məsələsi var və müharibənin gedişinə Çin mane olur.Görünür,Çinin başını əzmək strategiyası işə salınır..

Son yazılar