Menu

SAHİL BABAYEV DAHA İKİ RƏİSİ İŞDƏN ÇIXARDI - Rəsmi məlumat + FOTO

03.04.2025, 20:13
SAHİL BABAYEV DAHA İKİ RƏİSİ İŞDƏN ÇIXARDI - Rəsmi məlumat + FOTO

Nazir Sahil Babayev Maliyyə Nazirliyinin daha iki yüksək vəzifəli şəxsini işdən azad edib.

“AzPolitika” xəbər verir ki,  Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin işdən çıxarılıb. Məlumata görə, onlarını dövlət qulluğuna öz arzuları ilə xitam verilib.

Məlumat Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilib.

Həmçinin qeyd olunub ki, qurumun Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb

Fotoda: Elman Piriyev

Şərhlər

KƏRƏM 2025-04-04 00:43:21

ƏTRAFINA ÖZÜNÜNKÜLƏRİ DÜZÜR

Əyyar 2025-04-03 22:59:48

Hörmətli Politika.az! Daimi oxucunuzam! Xahiş edirəm xəbər başlıqlarında "...işdən çıxardı" ifadəsi "işdən çıxartdı" kimi verilsin. Çünki "çıxardı" xəbəri feilin keçmiş zamanına aiddir və "çıxarmış" anlamına gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol