Menu

"Bizdə mədəniyyət var, amma..." - Nazir müavini

20.09.2022, 12:28
"Bizdə mədəniyyət var, amma..." - Nazir müavini

"Bizim Mədəniyyət Nazirliyi olaraq vəzifəmiz adamların istedadını göstərmələri, biruzə vermələri üçün şərait yaratmaqdır".

APA xəbər verir ki, bunu "Azərbaycan mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

Nazir müavini mədəni sənaye anlayışından bəhs edib:

"Problem odur ki, bizdə hələ yaradıcı sənaye anlayışı haqqında insanların məlumat bazası azdır. Bu baxımdan, birinci növbədə bu yöndə təbliğat işləri aparılmalıdır. Yəni, bir növ, bizdə mədəniyyət var, amma onun sənayesi yoxdur, insanlarda bu anlayış yoxdur".

Şərhlər

Taleh 2022-09-20 12:52:05

Qurxuram ki, bu "sənaye" məsələsini mədəniyyətə dürtüşdürüb mədəniyyət evlərində və klublarda "mədəni fabrik", "mədəni zavod" "mədəni sex" açarlar. Bu nazir müavinini də mədəniyyət nazirinin sənaye üzrə müavini təsdiq edərlər. Nə desən olar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol