Menu

"Ermənistan Rusiyanın yaxın dostu və strateji müttəfiqidir" - Putin

20.09.2022, 15:41
"Ermənistan Rusiyanın yaxın dostu və strateji müttəfiqidir" - Putin

Ermənistan bizim yaxın dostumuz və strateji müttəfiqimizdir.

APA Kremlə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin yeni təyin olunan səfirlərlə görüş zamanı bildirib.

“Bu il eyni vaxtda iki əlamətdar yubiley qeyd olunur: ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 25 illiyi. Rusiya və Ermənistan intensiv siyasi dialoq aparır. Təkcə bu il mən Nikol Paşinyanla (Ermənistanın Baş naziri) üç dəfə görüşmüşəm. Ən son Vladivostokda Şərq İqtisadi Forumunda görüşdük”, - Putin əlavə edib.

Şərhlər

t.ədalət 2022-09-20 20:58:39

Putinin indiyədək söylədiyi ən doğru söz budur.Çünki ermənistan Rusiyanın Azərbaycan ərazilərini işğal yolu ilə ələ keçirib yaratdığı bir əyalətdir.Putin heç vaxt Azərbaycanın dostu olmayıb.

Vətəndaş 2022-09-20 17:14:08

İndi də Ermənini bizim üstümüzə qısqıracaq. Bunlar belədirlər. 200 ildir bizim qanımızı erməni-rus içir. İndi isə buradakı vicdansızlar rusdan tutub əl çəkmirlər. Ancaq rusdan uzaqlaşmağın vaxtıdır.

Roma 2022-09-20 16:09:43

Elə sən də nikolun tayısan, necə deyərlər...axsaq atın kor da nalbəndi olar...və ya ağası gülüm olanın, başına külüm olar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol