Menu

"Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 60 minə çatıb" - Deputat

20.09.2022, 16:05
"Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 60 minə çatıb" - Deputat

"Azərbaycanda onkoloji xəstələrin sayı artıb və bu rəqəm, təxminən, 60 minə yaxınlaşıb".

“Report”un məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kəmaləddin Qafarov deyib.

Onun sözlərinə görə, hazırda 1 600-ə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.

Deputat hesab edir ki, onkoloji xəstələrin müalicəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasına ehtiyac var: “Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməli, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol