Menu

Estoniyada yeni anti-Rusiya təbirləri - Ruslardan və belaruslardan ov silahları yığılacaq

20.09.2022, 16:22
Estoniyada yeni anti-Rusiya təbirləri - Ruslardan və belaruslardan ov silahları yığılacaq

Estoniyanın baş naziri Kaja Kallas ölkədəki rus və belarusların qanunla sahib olduqları odlu silahların müsadirə olunmasını istəyib. Siyasətçinin fikrincə, belə vəsaitə sahib olmaq ölkənin milli təhlükəsizliyini təhdid edə bilər.

“Ümid edirəm ki, şəraiti nəzərə alaraq insanlar əllərində silah olan Rusiya və Belarus vətəndaşlarının Estoniyanın təhlükəsizliyinə potensial təhdid ola biləcəyini başa düşəcəklər”, - Baş nazir əlavə edib.

Estoniya hökuməti başçısının sözlərinə görə, Rusiya və Belarus vətəndaşlarına məxsus silahların müsadirə edilməsi ilə bağlı qanun layihəsi istənilən halda parlamentə göndəriləcək. 

"Beləliklə, ruslar və belaruslar silahlarını könüllü təhvil verməyə vaxt tapacaqlar", - Kallas bildirib.

Reyestrə əsasən, hazırda Estoniyada olan 629 Rusiya və Belarus vətəndaşının əlindəözünümüdafiə və ya ov üçün silahlar var.

Bu gün isə Estoniya parlamenti Avropa İttifaqı ölkələrinin vətəndaşı olmayan əcnəbilərin yerli seçkilərdə səs verməsini qadağan edən qanun layihəsinə baxacaq. Hakim koalisiyada çoxluğa sahib olan İslahatlar Partiyası isə qadağanın yalnız Rusiya və Belarus vətəndaşlarına şamil edilməsini təklif edib.

Ədliyyə kansleri və Estoniya prezidenti qeyd ediblər ki, qanun layihəsi hazırkı formada ölkə Konstitusiyasına zidd ola bilər. İslahat Partiyasının üzvü olan baş nazir Kaya Kallas Estoniya vətəndaşlığına malik olmayanon minlərlə əhalinin səsvermə hüququndan məhrum edilməsinin cəmiyyətdə gərginliyi artıra biləcəyini vurğulayıb.

Xatırladaq ki, sentyabrın 19-da turist Şengen vizası olan Rusiya vətəndaşlarının Latviya, Litva, Estoniya və Polşaya girişinə qadağa qüvvəyə minib.

Bundan əvvəl Baltikyanı ölkələr və Polşa nümayəndələri bəyanat yayaraq, sərhədi keçən rusiyalı turistləri “ictimai və daxili təhlükəsizliyə təhdid” adlandırıblar.Çünki Rusiya vətəndaşlarının dörddə üçü Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol