“Rusiyada təkcə Vladimir Putinə deyil, ümumiyyətlə, bütün ölkə rəhbərliyinə inam azalıb. Hazırda Kremlin rəhbəri ətrafında xaos hökm sürür”.
“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin Ukrayna mətbuatına verdiyi müsahibədə deyib.
O, qeyd edib ki, Putinin yaxın ətrafında xaos yaşanır və bu, yuxarıdan (Putindən-red) aşağıya doğru yayılmağa başlayacaq: “Açıqca görünür ki, fermentasiya prosesi başlayıb. Putin vəziyyətdən çıxmaq üçün yollar axtarır. O, Ukraynanı dayandırmağı və 50/50 danışıqlarına getməyi planlaşdırır”.
“Mən Putini hakimiyyətdə başqasının əvəzləyəcəyini istisna etmirəm. Onlar Mixail Mişustini Putinin yerinə qoya bilərlər. Mişustin Patruşevdən fərqli olaraq, Ukraynadakı müharibəyə görə məsuliyyət daşımır. Ancaq əsas maneə Putinin özüdür. Bu müharibə Putindən başqa heç kimə lazım deyil”, - Feyqin bildirib.
“AzPolitika.info”


Şərhlər