“Azərbaycanlı qardaşlarımızın hər zaman yanındayıq” - Ərdoğan dünyaya mesaj verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib.

Dövlət başçısı çıxışı zamanı dünyanın müxtəlif bölgələrində baş verən prosesləri şərh edib.

Ərdoğan Cənubi Qafqazdakı vəziyyətə dair açıqlamalar da verib. O, Türkiyənin daim Azərbaycanın yanında olduğunu bildirib.

“Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin edilməsi baxımından tarixi bir fürsət pəncərəsi açıb. Türkiyə olaraq Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini dəstəkləyən addımlar atdıq. Azərbaycanlı qardaşlarımızın hər zaman yanındayıq”, - deyə dövlət başçısı bəyan edib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan və Ermənistan arasında qısa zamanda hərtərəfli sülh sazişi imzalamaq mümkündür.

"Biz Türkiyə olaraq, Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən gərginlik bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür. Biz azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq", - o deyib.

Ərdoğan vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açıb: "Türkiyə olaraq, çox mühüm addımlar atdıq. Bölgədə ölkəmizlə də sıx bağlı olan nəqliyyat əlaqələrinin açılması region ölkələri üçün mühüm inkişaf olacaq".

635x100

Şərhlər

t.ədalət 2022-09-21 09:08:46

Təəssüf ki Azərbaycandakı rus .... yeyənlər bu qardaşlığı qiymətləndirə bilmirlər.

Son yazılar