Menu

Əvəz Zeynallıya daha bir ittiham irəli sürülüb - Vəkili açıqladı

21.09.2022, 19:30
Əvəz Zeynallıya daha bir ittiham irəli sürülüb - Vəkili açıqladı

"Əvəz Zeynallı barəsində daha bir ittiham irəli sürülüb. Belə ki, o, Cinayət Məcəlləsinin daha bir, 312.1.1 maddəsi (nüfuz alveri) ilə ittiham olunur".

Musavat.com bildirir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallının vəkili Aqil Layıc jurnalistlərə açıqlamasında deyib.

Vəkil qeyd edib ki, jurnalist ona qarşı sürülən ittihamları qəbul etməyib: "Əvəz Zeynallı məhkəmədən yalnız azadlıq istədi. Qeyd edim ki, biz sabah Apellyasıya Məhkəməsinə müraciət edəcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol