Menu

"Rusiya şantaj və hədə-qorxuya uymayacaq" - Putin

21.09.2022, 21:49
"Rusiya şantaj və hədə-qorxuya uymayacaq" - Putin

"Rusiya şantaj və hədə-qorxuya uymayacaq". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Rusiya dövlətçiliyinin 1160 illiyi münasibətilə keçirilən mərasimdə deyib.

“Biz şantaj və hədə-qorxuya tab gətirməyəcəyik, öz suverenliyimizi heç vaxt verməyəcəyik və itirməyəcəyik”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, rusiyalılar suverenliyi gücləndirməklə ölkəni inkişaf etdirirlər.

"1160 il ərzində biz qəti şəkildə öyrəndik ki, Rusiya üçün hətta müvəqqəti olaraq öz suverenliyini zəiflətmək, milli maraqlardan imtina etmək ölümcül təhlükədir", - Putin qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol