Menu

Bakıda 17 yaşlı qız itkin düşüb

22.09.2022, 09:23
Bakıda 17 yaşlı qız itkin düşüb

Bakıda 17 yaşlı Billurə Şirinova itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Şirinova Billurə Rəşad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol