Millətlər Liqası: Qazaxıstan yığması B Divizionuna vəsiqəni təmin edib

UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib. "Report"un məlumatına görə, günün ilk oyunu Azərbaycan millisinin yer aldığı C Divizionunun 3-cü qrupunda keçirilib.

Evdə Belarusla qarşılaşan Qazaxıstan yığması rəqibini 2:1 hesabı ilə məğlub edib.

Hesabı 29-cu dəqiqədə meydan sahiblərindən Mixail Qabışev açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qonaqlar Pavel Savitskinin qolu ilə tarazlığı bərpa edib. Son nöqtəni isə 79-cu dəqiqədə Baxtiyor Zaynutdinov qoyub.

"Neftçi"nin belaruslu hücumçusu Yeqor Boqomolski bu qarşılaşmada 61 dəqiqə meydanda olub.

Bu qələbədən sonra xallarını 13-ə çatdıran Qazaxıstan millisi sona 1 tur qalmış B Liqasına vəsiqəni təmin edib. Bu isə o deməkdir ki, Azərbaycan qrup liderliyini şansını itirib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, V tur

22 sentyabr

C Liqası

3-cü qrup

18:00. Qazaxıstan - Belarus - 2:1

Qollar: Mixail Qabışev, 29. Baxtiyor Zaynutdinov, 79 - Pavel Savitski, 45+3

Qırmızı vərəqə: Askat Taqibergen, 90+4 (Qazaxıstan)

22:45. Slovakiya - Azərbaycan

Xal durumu: Qazaxıstan - 13 (5 oyuna), Slovakiya - 6, Azərbaycan - 4, Belarus - 2 (5 oyuna)

Qeyd edək ki, bu qrupun digər oyununda Azərbaycan yığması bu gün Slovakiyanın qonağı olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar