Rompa Papası Putinin nüvə təhdidinə reaksiya verib – “Sərsəmlikdir”

Roma Papası Fransisk RF Prezidenti Vladimir Putinin nüvə silahının mümkün istifadəsi barədəki bəyanatına reaksiya verib. O, bəyan edib ki, hətta bu barədə düşünmək belə, «sərsəmlikdir».

Bu barədə «Röyter» agentliyi xəbər verib («UNİAN»).

Roma Papası özünün Qazaxıstana səfərini Müqəddəs Pytor meydanındakı audensiyası zamanı müzakirə edib. O, Mərkəzi Asiya respublikasını müstəqillik qazanandan sonra nüvə silahından imtinaya görə (1991) tərifləyib.

«Bu, cəsarətli addım idi. İndi bu faciəli müharibədə bəziləri nüvə silahı barədə fikirləşirlər, bu, sadəcə, sərsəmlikdir, bu ölkə əvvəlcə nüvə silahına «yox» demişdi» - Fransisk bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar