METROYA GİRİŞ MƏHDUDLAŞDIRILA BİLƏR - VİDEO

Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzərxəbər"ə açıqlama verib.

Bəxtiyar Məmmədov  metroda sıxlığın daha çox artdığını təsdiq edib. Onun sözlərinə görə, buna səbəb ümumilikdə şəhərdəki sıxlığın artmasıdır.

Bəxtiyar Məmmədovun sözlərinə görə, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.

Metropoliten sözçüsü deyir ki, əgər son günlərdəki sıxlıq bir az da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı iki dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar