ƏFLATUN AMAŞOVA VƏZİFƏ VERİLDİ - Baş redaktor təyin edildi

Mətbuat Şurasının sədri Əflatun Amaşova vəzifə verilib. O, “Xalq” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.

Ə.Amaşov artıq kollektivə təqdim edilib.

“Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov sentyabrın 21-də vəzifəsindən azad edilib. 

Qeyd edək ki, "Xalq qəzeti"nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Əflatun Amaşov 26 aprel 1957- ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1973-cü ildə Faxralı kənd orta məktəbini bitirib.

1976-1978-ci illərdə hərbi xidmətdə olub.

1979-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub.

1984-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb.

1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından biri olub. Üç il təşkilatın sədr müavini vəzifəsində işləyib.

1998-2003-cü illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib.

2003-ci il martın 15-də ölkə jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib.

Jurnalistika sahəsində onadək kitabın və dərs vəsaitinin müəllifidir.

Dünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının idarə heyətlərinin üzvüdür.

2011-2013-cü illərdə Türkdilli Ölkələrin və Toplumlarının Media Forumuna rəhbərlik edib.

2014-cü ildə MDB Məkanı üzrə Mətbuat Şuraları Assosiasiyasının sədri olub.

2010-cu ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib. O, 2020-ci ilə kmi V çağırış Milli Məclisinin üzvü olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 aprel 2017-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

635x100

Şərhlər

Kolxozdar 2022-09-24 12:46:23

Xalq Qəzeti nə qeyri-rəsmi tanınmış ictimai redaktorun təyini daha konsens görünsə də, elə Şura Sədrinin təyinatı da mükəmməlliyə dəlalət edir. Məncə, Xalq qəzeti hər nəşr günü Radio, TV və mobil yayımlara ramən və parallel bütün dövlət-ictimai zəruri rəsmi qərarları və xəbərləri operativ dərc günü ölkəmizin bütün kənd, qəsəbə, rayon və şəhərlərinə çatdıracaq? Belə birbaşa əlahiddə Azərbaycan radiosu da gərək!

Rasim 2022-09-23 23:19:55

Xeyirli uğurlu olsun Əflatun müəllim !

Son yazılar