Bakı metrosunda sıxlıq - Sərnişinlər stansiyaya daxil olmaqda çətinlik çəkirlər

Bakı metrosunda yaranan sıxlıq sərnişinlərin stansiyalara girişinə çətinlik yaradıb. Problemi əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Vətəndaşlar iddia edirlər ki, foto “Elmlər Akademiyası” stansiyasında lentə alınıb. Amma bənzər vəziyyət metronun “28 May” stansiyasında da müşahidə edilir.

Vəziyyətlə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, stansiyalara girişin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Mövcud vəziyyətdə sərnişin axınının çoxluğu sıxlıq yaradır. Sıxlığı aradan qaldırmaq üçün görülən tədbirlər sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar