Menu

Ukrayna Ordusu Donetsk vilayətində Yatskovka kəndini azad edib

23.09.2022, 18:26
Ukrayna Ordusu Donetsk vilayətində Yatskovka kəndini azad edib

Donetsk vilayətində Ukrayna silahlı qüvvələri Yatskovka kəndini azad edib və Baxmutun cənubunda mövqeyini yaxşılaşdırıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, briqada generalı Aleksey Qromov onlayn-brifinq zamanı məlumat verib («UNİAN»).

«Hücum əməliyyatı aparılmasının gedişində müdafiə qüvvələrinin bölmələri Yatskovka yaşayış məntəqəsi üzərində nəzarət qurub» - Qromov deyib.

Bu yaşayış məntəqəsi Oskil çayının şərqində - Donetsk və Xarkov vilayətlərinin inzibati sərhədlərinin yaxınlığında yerləşir. Bundan başqa, onun sözlərinə görə, USQ Baxmut istiqamətində dayanıqlı müdafiəni saxlayır, düşmənin intensiv atəşinə və həm də Ukrayna ordusunu ələ keçirdiyi dayaq məntəqələrindən sıxışdırmaq cəhdlərinə baxmayaraq.

«Müdafiə döyüşləri aparmaqla yanaşı, bizim ordu özünün taktiki vəziyyətini də yaxşılaşdırır. Belə ki, vaxtında yenidən qruplaşma sayəsində bir mexanikləşdirilmiş briqadanın bölmələri və döyüş əməliyyatlarının keyfiyyətli təşkili sayəsində biz, Baxmutun cənubunda əvvələr itirilmiş mövqeləri bərpa etmişik və Baxmutdan cənubda mövqeyə nəzarəti təmin etmişik» - Qromov deyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol