"Rusiyanın bəndlərə raket zərbələri Ukraynanın irəliləməsini dayandıra bilməyəcək" - Britaniya MN

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin İnqulets və Severski Donets çayları boyunca irəliləməsinin qarşısını almağa çalışır, lakin bəndlərə endirilən raket zərbələri arzulanan nəticəni verməyib.

“Report” xəbər verir ki, bu barədə məlumat Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində yayılıb.

Məlumatda qeyd olunub ki, sentyabrın 21-22-də Rusiya yaxın mənzilli ballistik raketlərdən və ya oxşar silahlardan istifadə etməklə Severski Donets çayı üzərindəki Peçeneqi bəndinə hücum edib. Bu, sentyabrın 15-də Ukraynanın mərkəzində Krivoy Roq yaxınlığındakı Karaçunovskaya bəndinə hücumdan sonra qeydə alınıb.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna qüvvələri hər iki çayın aşağısına doğru irəliləyir. Rusiya komandirləri əməliyyat uğursuzluqlarından daha çox narahat olduqlarından, onlar Ukraynanın hərbi mövqelərini su altında qoymaq üçün bəndlərin şlüz qapılarını vurmağa çalışırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar