“Patruşevin özünün oyunu ola bilər” – Putinin keçmiş dostu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, ölkə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Prezidenti Vladimir Putini «plintusdan aşağı» hesab edir və onun öz oyunu ola bilər. Patruşev dəfələrlə ABŞ-da olub, xüsusi xidmət xətti ilə təmasları olub, amma o, məlumatları Mərkəzi Kəşfiyyat İdarəsinə vermir.

Bunu Putinin keçmiş dostu, rusiyalı biznesmen Sergey Puqaçov «Qordon» nəşrinin əsasını qoymuş Dmitri Qordona müsahibəsində deyib («UNİAN»).

Həmsöhbətin fikrincə, RF Təhlükəsizlik Şurasının katibi hansısa koalisiya yaratmağa qadirdir.

«Patruşev Amerikada çox olub. Onun həmişə təmasları prezident xətti ilə olmayıb. Mən, belə deyərdim: Patruşevin özünün oyunu ola bilər. Amma bu, o demək deyil ki, Patruşev hansısa informasiyanı Putinin masası altından və ya məxfi sənədlərin surətini çıxardıb MKİ-ə verir”.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar