"Azərbaycan millisini güclü komanda kimi tanıyırıq" - Yan Voroqovski

"Azərbaycan millisini güclü komanda kimi tanıyırıq".

"Report"un məlumatına görə, bunu Qazaxıstan yığmasının futbolçusu Yan Voroqvski Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar. İstərdik ki, bizə də hörmət etsinlər".

O, matçın çətin olacağını söyləyib: "Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktiki ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik. Rəqib son 2 oyunda qələbə qazanıb. Slovakiyadakı nəticə bizim üçün sürpriz olmadı. Bu münasibətlə Azərbaycanı təbrik edirik".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar