Menu

Rusiya fərariliyə görə 15 ilə qədər həbs cəzası tətbiq edir

24.09.2022, 18:35
Rusiya fərariliyə görə 15 ilə qədər həbs cəzası tətbiq edir

Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Cinayət Məcəlləsində səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlərin törədilməsinə görə cəza müddətinin 15 ilədək artırılması ilə bağlı dəyişiklik edilib.

"Report" xəbər verir ki, dəyişiklik könüllü təslim olan hərbçilərin 10 ilə qədər həbsini nəzərdə tutur.

Bundan əlavə, qanuna əsasən, səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlər ağırlaşdırıcı hallar kimi tanınır. Səfərbərlik və ya müharibə dövründə fərariliyə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bu müddət, həmçinin hərbi əməliyyatlarda iştirakdan imtinaya görə tətbiq ediləcək.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik barədə sərəncam imzalayıb.

Şərhlər

Eli 2022-09-24 19:49:01

Rusiyanın indiki veziyyeti onu deyir ki ruslar heç vaxt vuruşsn millet olmayıb,onların evezine qeyri ruslar vuruşub,mentiq bunu deyir.Nece ki onların sitasetini de ticaretinin de qeyri ruslar idare edir

Eli 2022-09-24 19:45:23

Deyirem Allah bu gerizekalı,qeddar,qaniçen Putine bir iki il ömr versin bu özü Rusiyanın da rusların da axırına çıxacaq ,bele dövlet başçısı olan millete düşmen lazım deyil.Başqa dövlet başçıları fikirleşir ki dahz ne edim ki millet coşbext olsun bu bedbext qalıb inadının elinde dövleti de milleti de mehv edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol