“Əsirlikdə olanların heç biri BQXK nümayəndəsini görməyib” - Ukrayna Ombudsmanı

“Azad etdiyimiz hərbi əsirlərin heç biri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsini görməyib. Bu, pozuntudur. Məncə, bu, Komitənin mandatının yerinə yetirilməməsidir və biz baş verənləri ictimaiyyətə çatdırmalıyıq”.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets deyib.

O bildirib ki, oktyabrın əvvəlində Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbərliyi ilə görüşü planlaşdırır.

Ombudsman BQXK-nin nümayəndələrinin Mariupol şəhərinin müdafiəçiləri qarşısında öhdəlik götürdüklərini, onların mandatının isə Rusiyanı Cenevrə Konvensiyalarına əməl etməyə məcbur etdiyini vurğulayıb.

“Onlar Mariupoldakı “Azovstal”dan qəhrəmanlarımızın çıxarılması zamanı iştirak ediblər və öz mandatlarına uyğun olaraq, bunu yoxlamaq, vəziyyəti izləmək, vəziyyətə nəzarət etmək öhdəliyi götürüblər. Amma gördük ki, bu, ümumiyyətlə, baş verməyib”, - Ombudsman vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar