Menu

Ərdoğan Türkiyənin flaqman gəmisi ilə tanış olub - FOTO

25.09.2022, 00:16
Ərdoğan Türkiyənin flaqman gəmisi ilə tanış olub - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryaya gedərkən ölkənin ən böyük hərbi gəmisi “TCG Anadolu”nu helikopterdən izləyib.

APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, dövlət başçısı flaqman gəmisi ilə tanış olması barədə Tvitterdə məlumat paylaşıb.

Qeyd edək ki, tikilməkdə olan gəminin uzunluğu 231, eni 32, hündürlüyü 58 metrdir. Gəmi çox sayda təyyarə, helikopter və PUA daşıya biləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol