Menu

Xersonda otelə raket zərbəsi endirilib - Sabiq deputat ölüb

25.09.2022, 11:58
Xersonda otelə raket zərbəsi endirilib - Sabiq deputat ölüb

Rusiyanın nəzarətində olan Xerson şəhərindəki “Play Hotel by Ribas” otelinə raket zərbəsi endirilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 05.30 radələrində endirilən raket zərbəsi nəticəsində iki nəfər ölüb, yaralananlar var.

Ölənlərdən biri Ukrayna Ali Radasının V və VI çağırış deputatı Aleksey Juravkodur.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol