Menu

Goranboyun yaşayış məntəqələrinə elektrik enerjisinin nəqli bərpa edilib

25.09.2022, 14:07
Goranboyun yaşayış məntəqələrinə elektrik enerjisinin nəqli bərpa edilib

Goranboyun kənd və qəsəbələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən bildirilib. Qeyd edilir ki, enerjinin nəqlindəki fasilədən dərhal sonra təmir bərpa briqadaları əraziyə yollanıb. ASC əməkdaşlarının səyi nəticəsində bütün kəndlərin elektrik enerjisi təchizatı bərpa edilib

Qeyd edək ki, küləkli hava şəraiti səbəbindən dünən axşam rayonun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol