Menu

İsveçrədə referendum: Qadınlar üçün pensiya yaşı 65-ə qaldırıldı

26.09.2022, 00:03
İsveçrədə referendum: Qadınlar üçün pensiya yaşı 65-ə qaldırıldı

İsveçrə vətəndaşları bazar günü keçirilən referendumda qadınların pensiya yaşının 64-dən 65-ə qaldırılmasına və pensiya fondlarında yaranan çatışmazlığı ödəmək üçün əlavə dəyər vergisinin artırılmasına səs veriblər.

Bu barədə səslərin hesablanmasını onlayn həyata keçirən RTS ictimai televiziya şirkəti məlumat yayıb.

“Qadınlar da kişilər kimi 65 yaşa qədər işləyəcəklər. Vətəndaşlar pensiya islahatının hər iki elementini bəyəniblər. Qadınların pensiya yaşının artırılması son nəticədə seçicilərin 50,6%-i, ƏDV-nin artırılmasını isə 55,1% dəstəkləyib”, - RTS qeyd edib. (Mənbə: TASS)

Şərhlər

dadaşyev 2022-09-26 05:57:09

Elə isə biz də qaldıraq.Səksən yaşa çatdıraq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol