Menu

18 dərəcə isti olacaq - Proqnoz

11.11.2014, 14:12

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasBakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Gecə 8-11 dərəcə isti, gündüz 14-18 isti olacaq.

Rayonlarda sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlədə duman olacaq. Cənub bölgəsində az yağış yağacaq. Aran rayonlarında gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq. A. Verdiyevin sözlərinə görə, yaxın 2-3 gün ərzində ölkə ərazisində müşahidə olunan hava şəraitində ciddi dəyişiklik gözlənilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol