RUSİYADA MƏKTƏBDƏ QƏTLİAM... - Ölənlərin sayı artdı, matəm elan edildi + VİDEOLAR (Yenilənib)

Rusiyanın İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində 17 nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə Udmurtiya hakimiyyəti Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında 88 saylı məktəbdə olub. Keçmiş şagird təhsil müəssisəsinə daxil olaraq məktəblilərə atəş açıb. Hücumun qurbanları məktəblilər, o cümlədən birinci sinif şagirdləri, mühafizəçilər və müəllimlər olub.

Atəş açan şəxs intihar edib.

Daha əvvəl silahlı insident zamanı 11-i uşaq olmaqla, 15 nəfərin öldüyü bildirilib.

Həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

***

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın Rusiya bürosunun Rusiya İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 15 nəfər həlak olub, 23 nəfər yaralanıb.

***

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb. APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Ölənlərdən 6-sının məktəbli olduğu bildirilib. Yaralanan 21 nəfərdən 14-nün də uşaq olduğu bildirilir.

Faciə ilə bağlı Udmurtiyada sentybarın 29-a qədər matəm elan olunub.

*** 

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 9-a çatıb. APA-nın Rusiya bürosunun Rusiya İstintaq Komitəsində istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 5-i uşaq olmaqla 9 nəfər həlak olub.

“İlkin məlumatlara görə, cinayətin qurbanı olan 9 nəfər arasında təhsil müəssisəsinin 2 mühafizəçisi və 2 müəllim, həmçinin 5 azyaşlı var. Yaralılar da var”, - Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.

***

Rusiyanın İjevsk şəhərində orta məktəbdə silahlı şəxs 6 nəfəri öldürüb, daha sonra intihar edib. APA-nın Rusiya bürosunun yerli mediaya istinadən verdiyi məlumata görə, ölənlərin dördü böyük, üçü isə uşaqdır.

20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov məktəblilərin təxliyəsinin başa çatdığını qeyd edib.

635x100

Şərhlər

Yaxudi 2022-09-26 17:50:44

Putinin yeni oyunudu.bislan kaspiysk eyni scenariydi.bu gozlenilirdi. Axsama bu terorcu yuz vaiz ukraina adami olacag

vetendash 2022-09-26 15:52:56

bir neca il bundan once Neft Akademiyasinda qetilam toredildi, indi oz bashlarina geldi nehayet ki...

Son yazılar