Menu

Mühafizəçi işlədiyi bağ evindən 35 min manatlıq qızıl oğurlayıb - VİDEO

26.09.2022, 13:36
Mühafizəçi işlədiyi bağ evindən 35 min manatlıq qızıl oğurlayıb - VİDEO

Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

DİN-dən verilən məlumata görə, zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin evin mühafizəçisi Cavidan Əlyarlı saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib. Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Cavanşir 2022-09-26 15:25:23

Orudan oğruya halaldır.Bəs bu bağ evi kimindir,bu qədər qızıl orada haradandır?Niyə orqan bu məsələ iə maraqlanıb əsl lazım olan araşdırmanı aparmır.Görün o zaman həmin bağ sahibinin şəhərdə və rayonlardakl evlərində nə qədər var.Axı bu xalqdan oğurlanan pullar hesabna yığılan qızıllatdır.Yaxşı olardı məlumatı yarımçıq yox,tam verəydiniz ki, millət belə bağ sahibini tanısın.Bəlkə bu sahib bir az adalətli olardı.milləti soymazdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol