Menu

Ukrayna ordusu düşmənin 3 artilleriya qurğusunu məhv edib - Foto

26.09.2022, 15:04
Ukrayna ordusu düşmənin 3 artilleriya qurğusunu məhv edib - Foto

Kupyansk yaxınlığında Rusiya ordusuna məxsus artilleriya qurğuları məhv edilib.

"AzPolitika".info" xəbər verir ki, bu barədə ukraynalı hərbi bloger Yuri Butuosv özünün "Feysbuk"səhifəsində məlumat və foto paylaşıb. O bildirir ki, Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası düşmən texnikasına qarşı olduqca effektli zərbələr endirib.

"Rusiyanın 3 ədəd 152 mmlik Msta-S özüyeriyən artilleriya qurğusu Kupyanski şəhəri növbəti dəfə atəşə tutmağa başladı, amma bu dəfə atəş qısa çəkdi. 92-ci briqadanın kəşfiyyatı yüksək dəqiqlikli silahlardan istifadə etməklə hər üç özüyeriyən ağır texnikanı məhv edib. Diqqət yetirin, hər biri 47 ton ağırlığında olan Msta-S zərbə nəticəsində külə çevrildi. Bu, cəbhənin bütün qaynar bölgələrində həyata keçirilməsi vacib olan əks-batareya döyüşünün uğurlu nümunəsidir",- deyə, Butusov vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol