Menu

MDB kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada toplaşır

26.09.2022, 16:36
MDB kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada toplaşır

Moskvada MDB dövlətlərinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti üzrə 18-ci iclası keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiya nümayəndə heyətləri iştirak edəcək.

“Məşvərətçi orqanın işi çərçivəsində Rusiya Federasiyası Prezidentinin Birlik ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans vasitəsilə görüşü planlaşdırılır. Tədbir sentyabrın 30-da saat 09.00-da başlayacaq”, - deyə məlumatda bildirilib.

O da qeyd olunub ki, iclası Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açacaq və o, Vladimir Putinin iclas iştirakçılarına müraciətini oxuyacaq.

Şərhlər

t.ədalət 2022-09-27 10:18:05

Əgər müstəqil dövlətiksə,niyə onda Rusiya kəşfiyyat idarələrinə hesabat verməliyik?Həm də əleyhimizə iş aparan,ermənistanı üstümüzə salan düşmən Rusiyanın kəşfiyyat orqanlarına tabeçilik göstərmək çox pis haldır.Allah bizi Rusiyanın və ölkəmizdəki Rusiya yetirmələrinin bəlalarından qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol