Menu

Rusiyaya yeni sanksiyalar gələ bilər

11.11.2014, 15:01
Rusiyaya yeni sanksiyalar gələ bilər

ABŞ və İngiltərədən Rusiyaya yeni sanksiya xəbərdarlığı gəldi. ABŞ-ın Xarici işlər nazirliyi, Rusiyanın Ukraynadakı atəşkəsə dair təəhhüdlərini yerinə yetirməməsi halında, vəziyyətin Rusiya üçün doğuracağı xərcin artacağını söyləyib.

İngiltərənin Baş naziri David Cameron isə, İngiltərə olaraq Rusiya üzərindəki təzyiqi artırmağı davam etdirəcəklərini bildirib.

APEC toplantısı üçün Pekində olan Rusiya Preidenti Vladimir Putin isə Ukraynadakı üsyançılara hərbi dəstək vermələri barədəki iddiaların yalan olduğunu bildirib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol