ADPU Quba filialında insan alverinə qarşı maarifləndirmə tədbiri keçirilib - FOTO

Sentyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və Quba şəhər Polis Şöbəsinin iştirakı ilə "İnsan Alverinə yol verməyək" layihəsinin icraya yönəlməsi məqsədilə pedaqoq və tələbələrlə geniş maarifləndirmə tədbiri həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba şəhər filialının direktoru, dos.Yusif Alıyev insan alveri ilə mübarizədə maarifləndirmə, həm də profilaktik xarakterli tədbirlərin qüvvədə olan Milli Fəaliyyət Planının mövcud tələblərini özündə ehtiva etdiyini təqdir edib, bu missiyada vətəndaşların da dəstəyinin təmininə zərurətin olmasını vurğulayıb.

Sonra "İnsan Alverinə yol verməyək" layihəsinin rəhbəri, "Polisə Dəstək" İB-nin sədri Şəmsəddin Əliyev insan alverinin anlayışı, qurbanların istismarı, insan alveri qurbanlarının əlamətləri, Azərbaycan Respublikasının insan alverinə aid CM-də əxz edilən maddələrin şəxsiyyət əleyhinə və ictimai mənəviyyat əleyhinə olan cinayət əməlləri barədə iştirakçılara məlumat verib, bu cinayətlərə görə zərər çəkənlərin qurbana çevrilmə mexanizmi, xarici ölkələrdə yüksək ödənişlə iş və təhsil almaq təklifi, xarici ölkə vətəndaşları ilə ailə qurmağa razılıq vermədən öncə müəyyən məlumatların əldə edilməsi ətrafında tövsiyələr verib.

Tədbirdə İnsan hüquq və azadlıqları üzrə tanınmış hüquqşünas-ekspert Aydın Kərimov insan alverinə aid cinayətlərin mürəkkəb tərkibli, transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növü kimi insanların iradə azadlığına və bütövlükdə fundamental hüquq və azadlıqlara zidd olduğunu iştirakçıların diqqətinə çatdırıb, ölkədə vətəndaşların təhlükəsizliyinin müdafiəsi və təmini sahəsində Azərbaycan dövlətinin qabaqlayıcı, preventiv kompleks tədbirlərin görülməsini dövlətin ali məqsədinin canlı təzahürü kimi gənclərə bəyan edib.

Tədbirdə ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev, filialın xanım pedaqoqu Nəhayət Şirinova və Quba şəhər Polis Şöbəsinin əməkdaşı Coşqun İsmayılov çıxış ediblər.

Maarifləndirmə xarakterli profilaktik tədbir diskusiya şəraitində maraqla davam edib, tələbələrin səsləndirdikləri suallar mahiyyəti üzrə cavablandırılıb. Sonda kollektivlə birlikdə xatirə fotosu çəkilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar