Putinin qismən səfərbərlik qərarı ruslar arasında böyük panikaya səbəb olub. Belə ki, səfərbərliklə bağlı fərmandan sonra müharibəyə getmək istəməyən ruslar Azərbaycan, Türkiyə, Ermənistan kimi viza tələb olunmayan ölkələrə qaçmağa başlayıblar. Rusiyada qalıb hərbi xidmətə getmək istəməyənlər isə özlərinə xəsarət yetirərək, tibbi arayış almağa çalışırlar.
"AzPolitika.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılan videoda rus gəncin müharibəyə getməmək üçün ayağını sındırdığı görünür.
Paylaşımda adı açıqlanmayan gəncin əvvəlcə ayağını pilləkənin üzərinə qoyduğu, daha sonra isə hündürdən tullanan başqa bir gəncin onun ayağını sındırdığı əks olunur.
"AzPolitika.info"


Şərhlər