“Bəzi ölkələr, o cümlədən respublikanın müttəfiqləri yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər. Halbuki bunun üçün ilkin sifariş verilib”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bizdə elə hallar olub ki, yüz milyonlarla dollar ödənilib, lakin tədarüklə bağlı öhdəliklər yerinə yetirilməyib. O cümlədən müttəfiq ölkələr tərəfindən də bu öhdəliklərin yerinə yetirilmədiyi hallar olub. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, - deyə Paşinyan Ermənistan parlamentinin iclasında qeyd edib.
Ermənistan mətbuatının iddiasına görə, Paşinyanın nitqində nəzərdə tutulan ölkələrdən biri Rusiyadır. Ermənistanın 400-600 milyon dollar arası ödəniş etməsinə baxmayaraq, Moskvanın müqavilə üzrə nəzərdə tutulmuş hava hücumundan müdafiə, reaktiv yaylım atəş sistemləri və bir çox digər silahları bu ölkəyə vermədiyi bildirilir. (“Sputnik” Ermənistan)

Şərhlər
Əvvəllər pulunu ödəmədiklərin çox olub,pul tapanda da demisən acından ölürük,necə verək,ona görə də təzə silahlar üçün verdiyin pulu əvvəl ödəmədiklərinin hesabına yazıblar,təzələrini də elə ona görə verməyiblər,çünki görüblər fırıldağın,atanşikin,nadürüstün,heyvərənin birisən,"heyvan oğlu heyvan" deyib qoyublar pulu ciblərinə.