ABŞ xəbər telekanalı CNN cari ilin sonunda Rusiya kabel şəbəkələrində yayımını dayandıracaq.
Bu barədə məlumatı telekanalın sahibi, Tim Warner şirkətinin bir hissəsi olan Turner International şirkəti verib.
Şirkət yayımın dayandırılması barədə bilridişi Rusiya kabel operatorlarına, o cümlədən "Akado" və "Vımpelkom" şirkətlərinə görndərib.
"Rusiya qanunvericiliyindəki son dəyişikliklərin fonunda Turner International CNN-in Rusiyada yayımlanması üçün alternativ yollar axtarır", şirkətin bəyanatında deyilir.
Rusiya prezidenti Vladimir Putinin oktyabr ayında imzaladığı qanuna görə, gələn ilin əvvəlindən ödənişli kabel telekanallarında reklamların yayımı qadağan edilir. Müşahidəçilərə əsasən CNN-in qərarı bu qanunla bağlı ola bilər.
Turner International nümayəndələri telekanalın zamanla Rusiya bazarına qayıda biləcəyinə ümid etdiklərini bildiriblər.
Şirkətin bəyanatına görə, bu dəyişiklik CNN-in Moskva bürosuna təsir etməyəcək.
Rusiya hakimiyyəti son zamanlar müstəqil, xüsusilə beynəlxalq KİV-kərin fəaliyyəti barədə narazılığını bildirib. Bu, daha çox Ukraynada davam edən böhranın necə işıqlandırıldığı ilə bağlıdır.
Rusiyada KİV-lərə nəzarət edən idarə artıq bəyan edib ki, CNN-in yayımını dayandırması ilə heç bir əlaqəsi yoxdur. |BBC


Şərhlər