Menu

“Regionlarda iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq” - Deputat

29.09.2022, 19:18
“Regionlarda iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq”  - Deputat

“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar.

“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, - deyə o əlavə edib. 

Şərhlər

Soltan 2022-09-30 09:02:24

Vahid m. şərhləri oxuyub heç bir az da olsa utanırsınızmı? 30 ildir Sizin dediklləriniz səthi, üzr istəyirəm, nə ət, nə də balıq olub. Siz son ildə pensiya qanunun müzkirəsi zamanı qaldırdığınız fikirlər, ədalət naminə desək həmkarlarınızın da (məs. Əli Mənsimovun və s.) qaldırdığı fikirlər kütlənin başını qatmaq üçün olan, populist fikirlər idi. Görünür Siz və həmkarlarınız Avropa ölkələrini demirəm, heç MDB məkanında olan başqa ölkələrin pensiya qanunlarından xəbəriniz yoxdur. Vahid m. Siz Ermənistanın pensiya qanunu ilə tanış olsaydınız, utanardınız, xıcalət çəkərdiniz, o cür populist çıxışlar etməzdiniz. Vahid m. təklif edirəm MM-də seminar təşkil edin və mən Sizə və həmkarlarınıza Azərbaycan Pensiya qanununun MDB ölkələrinin Pensiya qanunları , hətta kasıb, acından ölən Ermənistanın Pensiya qanunu ilə müqayisəli şəkildə təhlil edim və ğöstərim ki, bizim pensiya qanunu ən şərəfsiz, öz pensiyaçısının pensiyasını oğurlayan və bu oğurluğu utanmaz-utanmaz qanunla rəsmiləşdirən bir ədaləsiz, insanlığa yaraşmayan bir qanundur. Buyurun əlaqə saxlayın, konkret iş görək, yoxsa... Mən bütün Azərbaycan xalqı qarşısında təklifimi verdim. Söz Sizin və hörmət etdiyim Əli Mənsimovundur.

Millət 2022-09-29 23:23:02

Hələ Rusiyadakı soydaşlarımız Bakıya qayıtsa nə olacaq?Bunu düşünə bilən vəzifəlilərimiz varmı?S.Babayevin başı bunu bişirməz! M.Cabbarov bundan betət.bunlar yalnz puı yığmağa yarayırlar.

Kolxozdar 2022-09-29 15:36:47

Üzr istəyirəm, deyə bilərsiniz ki, kənardan baxana döyüş asan gələr? Ən azı 15 il ölkəmiz əsrin kontraktı-yüksək neft qiymətindən bilmirdi, hansı bəzəyi yapsın? Suvarılan pambıq tarlaları, milyonlarla tonluq üzüm və on dəfə çox meyvə bağları, taxıl, çuğundur, mal yemləri, onların emalları və müharibə ehtiyatına saxlanacaq məhsullar hər rayondan SSRİ kolxozu kimi 150 məhsul yox, 10-15 çeşid də olsa hanı? Əhali on illərdir əli yuxarı iş gözləyir?

V.Axundov cənablarına 2022-09-29 15:15:04

Hörmətli Vahid müəllim.regionlarda 1990-cı ilə qədər mövcud olan və sonralar yaradılan ş yerlərinin qəsdən dağıdılması bu günkü acınacaqlı hala səbəb olub.Ən pisi isə 30 ildir bu iş yerlərinin bərpası hakimiyyəti maraqlandırmadığından bu günkü vəziyyət yaradılıb.Məsələn,Bakıda br sıra neft maşınqayırma zavodları,Z.Tağıyev İekstil kombinatı və digər bir sıra çox saylı işçisi olan müəssisələr dağıdıldı və əvəzində dövlətə mxdud bir dən də olsun iri müəssisə yaradılmadı.Şamaxıa yaradılan tüelevizor.məişət texnikası.avtombil zavodu işini dayandırdı,Şəki ipək Kombinatı.baramaaçan fabrikalar məhv edildi.Bunun kimi Gəncə,Mingəçevir və digər şəhər v rayonlarda olan yerli sənaye.yun emalı,tikiş fabrikləri və sairə dağıdldı.İndiyə qədr bunların bərpası üçün əməli tədbirlər belə işlənib hazırlanmadı.Ona görə adi əşyalar belə xaricdən idxaal olunur.İqtisad nazirliyinin yanlış məlumatlarına inanmaq mümkün deyil.Azərbaycandaiqtisadiyyatın tnəzzülü davaçm etməkdədir.

Mubariz 2022-09-29 15:09:17

Ay lezgi qardasimiz yaradilacaqda niye narahar olursan.Qoy anqlosakslar ve qismet osmanlilar Abseronun karbohidrogen servetlerini dasiyib qurtarsinlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol