Rusiyanın məşhur bokçusu, Dövlət Dumasının 49 yaşlı deputatı Nikolay Valuyev səfərbərliyə cəlb olunub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Valuyev Rusiyanın “İzvestiya” nəşrinə danışarkən deyib.
Valuyev səfərbərlikdən yayınmaq fikrində olmadığını bildirib: “Çağırış vərəqi Donbasa səfərimdən öncə gəlmişdi. Həmin vaxt evdə deyildim. Hazırda hərbi komissarlığa gedirəm. Hər halda parlamentin plenar iclasından sonra xidmətə yollanacam”.
“AzPolitika.info”


Şərhlər