Menu

Xarkovda həlak olan azərbaycanlı ailənin qalıqları tapıldı - "Dinizmizə uyğun dəfn olunacaqlar..."

29.09.2022, 18:17
Xarkovda həlak olan azərbaycanlı ailənin qalıqları tapıldı - "Dinizmizə uyğun dəfn olunacaqlar..."

"Xarkov vilayəti Çuquevka rayonunda savaşın əvvəlində bombardman nəticəsində həlak olan azərbaycanlı ailənin qalıqları tapılıb. Onların meyitləri tanınmaz haldadır. 45 yaşlı Əlişir Nurullayev, xanımı və azyaşlı uşaq diaspor fəalları tərəfindən dinimizin adətlərinə uyğun yenidən dəfn olunacaqlar".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı diaspor fəalı Anar Natiqoğlu "Feysbuk" səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub. Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol