MÜSTƏQİLLİK, YOXSA RUSİYAYA BİRLƏŞMƏK? - Putindən Xerson və Zaporojye ilə bağlı qəribə fərman

Rusiya Prezidenti Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Fərmanda deyilir ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.

Qeyd edək ki, bu gün Rusiyanın 4 Ukrayna vilayətini - Donetsk, Luqansk, Zaporojye və Xersonu ilhaq qərarını elan edəcəyi gözlənilir. Bu tədbirdən saatlar öncə Putinin Xerson və Zaporojyenin "müstəqilliyini" tanıması maraq doğurur. 

Məsələ ondadır ki, bir neçə gün əvvəl təşkil olunan saxta referendumlarda bu vilayətlərin müstəqilliyi məsələsi yox, Rusiya birləşməsi sualı "səsverməyə" çıxarılmışdı. Yəni guya bu vilayətlər Rusiyaya birləşmək qərarı verib. Belə olduğu halda onların "müstəqilliyinin" tanınması barədə fərman qəribə görünür. 

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar