ZELENSKİ PUTİNİ TƏHDİD ETDİ - Ukrayna Təhlükəsizlik Şurasının iclası çağırılır (Yenilənib)

Rusiya Donetsk, Luqansk, Xerson və Zaporojyedə keçirdiyi "referendumun" "nəticələri" elan edildikdən sonra Moskva hərəkətə keçib. İlk rəsmi addım Xerson və Zaporojye vilayətlərinə atılıb. Rusiya Prezidenti Vladimir Putin 2 vilayətin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb.

Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olmasına dair sazişlər sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtilə 16:00) Böyük Kreml Sarayının Georgi zalında imzalanacaq.

Britaniyanın “İndependent” qəzetinə istinadən xəbər verir ki, gərginliyin pik həddə çatdığı bir vaxtda Kiyevdən Moskvaya cavab gəlib.

Ukrayna lideri Volodimir Zelenski hədələyici bəyanatla çıxış edib. O, Rusiyanın bu addımına “çox sərt” qarışılıq verəcəklərini açıqlayıb.

ABŞ prezidenti Cozef Bayden də Birləşmiş Ştatlar Rusiyanın Ukraynanı ilhaq etmək cəhdini “heç vaxt” qəbul etməyəcəklərini bildirib.

***

Milli Təhlükəsizlik və Müdafiə Şurası Ukrayna ilə bağlı fundamental qərarlar qəbul edəcək.

APA xəbər verir ki, bu sözləri NTA telekanalında “Böyük Lvov danışır” proqramının efirində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası ilə yanaşı, prezident Ali Baş Komandanın qərargahını çağırır. Bundan sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçiriləcək. İnanıram ki, ölkəmiz üçün hansı mühüm, fundamental qərarlar qəbul ediləcək. Sadəcə gözləmək qalır”, - deyə Danilov bildirib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə Rusiya Federasiyasından Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin ərazilərinin ilhaqı ilə bağlı rəsmi açıqlama olacağı təqdirdə Ukraynanın reaksiyasının necə olacağı da soruşulub.

“Bu münasibətlə prezident Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırır. Əgər Rusiyada müəyyən qərarlar qəbul edilsə, ölkəmizin cavabı ani olacaq", - deyə Danilov vurğulayıb. 

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 30-da Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırır. Gündəlik və digər detallar açıqlanmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar