“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Bu görüşdə sülh müqaviləsinin mətni üzrə substantiv müzakirələr başlamalıdır”.
Ermənistan mətbuatı xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan deyib.
"Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır”, - Paşinyan bildirib.


Şərhlər